YPX avtomobili piyadanı vuraraq öldürdü

21:46 - 10 Sentyabr 2021

YPX avtomobili piyadanı vuraraq öldürdü

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Manşet.az apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin