Pensiyalar ARTIRILACAQ

20:23 - 10 Sentyabr 2021

Pensiyalar ARTIRILACAQ

Azərbaycanda gələn il sosial layihələr çərçivəsində pensiyalar artırılacaq.

Manşet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat qeyd edib ki, hər il dövlət büdcəsinə baxılanda, sosial layihələr çərçivəsində pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur:

"Mən hesab edirəm ki, 2022-ci ilin dövlət büdcəsinə uyğun olaraq müəyyən qədər pensiyalarda, maaşlarda artımlar olacaq”.

Pensiya və maaşların nə qədər artırılacağına gəlincə, deputat hələlik bu barədə məlumatlı olmadığını söyləyib.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi açıqlanıb. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.

Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək.

(modern.az)


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin