Bir doza vaksin vurduran şəxslər bu ölkəyə gedə bilməyəcək

19:58 - 10 Sentyabr 2021

Bir doza vaksin vurduran şəxslər bu ölkəyə gedə bilməyəcək

Birkomponentli vaksinlər, o cümlədən “Sputnik Light” ilə peyvəndlənmiş şəxslərin Türkiyəyə girişinə icazə verilmir.

Manşet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, 2 doza peyvənd olunmuş və ikinci dozadan sonra 14 günlük karantin müddətini başa vurmuş şəxslər tam peyvəndləmə haqqında sertifikat təqdim edə bilərlər:

"Bundan başqa, COVID-19-a yoluxan şəxslər də 6 ay ərzində xəstəliyi keçirdikləri haqqında arayış təqdim edə bilərlər. Bu halda sözügedən şəxslərdən PCR testin və ekspress antigen testinin neqativ nəticəsi tələb olunmayacaq. Bir doza ilə peyvəndləmə isə qəbul edilmir”, - nazirlikdən bildiriblər.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin