"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun" - Mehriban Əliyeva
8 Noyabr 2024
18:41 - 10 Sentyabr 2021
Rusiyanın Krasnoyarsk şəhərində şagirdləri döyən və təhqir edən erməni əsilli müəllimlə bağlı araşdırma başladılıb.
Manşet.az xəbər verir ki, ilk dəfə Lilit Vardanyanın adı 2019-cu ildə iki qıza yumruqla hücum edən zaman hallanıb. Sonra o işdən çıxıb və yəqin ki, cəzadan qaçıb – hər halda mediada bu barədə heç nə yazılmadı.
Daha sonra Vardanyan 13 nömrəli gimnaziyada işə düzəlib və dərsin ilk günlərindən yenə əvvəlki kmi uşaqları təhqir etməyə davam edib.
Şagirdlər şikayət ediblər ki, ingilis dili müəllimləri sinifdə qışqıraraq onları “ləng tısbağalar”, “axmaqlar” adlandırır, hətta bəzi şagirdləri ağladır.
Krasnoyarsk administrasiyasının təhsil şöbəsinin mətbuat katibi Ekaterina Usatenko bildirib ki, müəllim artıq işdən çıxarılıb.
“Valideynlərin şikayət etdiyi gün məktəb rəhbərliyi hərəkətə keçdi, müəllim dərsdən uzaqlaşdırıldı və bu gün öz istəyi ilə istefa verdi. İstintaq Komitəsi hadisəni nəzarətə götürüb, məktəbdən sənəd istəyiblər, düşünürəm ki, tədbir görüləcək və bu vəziyyət bir daha təkrarlanmayacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin