Bu şəxslərin əmək haqları ARTIRILDI
21 Noyabr 2024
13:13 - 15 İyun 2023
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Rəqəmsal mediada “storytelling” və müasir publisistika” mövzusunda təlim proqramı yekunlaşıb.
Manset.az xəbər verir ki, 13-14 iyun tarixlərində keçirilən təlimlərin əsas məqsədi 360 dərəcəli məzmun tərtibatına dair bacarıqların artırılması, məzmun dizaynı haqqında məlumatlılığın yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.
Təlim proqramı çərçivəsində “Haber Global”ın mütəxəssisi Can Mumay multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsinə dair öz təcrübəsini bölüşüb. Proqram çərçivəsində iştirakçılara məqalə mətnlərinin ilkin versiyaları, daha sonra videomətn versiyaları, o cümlədən hər bir xəbər mətninin ümumiləşdirilərək “Twitter”də təqdimat formaları nümayiş etdirilib. Təlim proqramının yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin