Azərbaycan iqtisadiyyatının böyümə tempi 4%-ə yaxınlaşıb

14:30 - 10 Sentyabr 2021

Azərbaycan iqtisadiyyatının böyümə tempi 4%-ə yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çox olub.

 

Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, artım qeyri-neft sektorunda 5,5% təşkil edib.

Xatırladaq ki, bu ilin 7 ayında ölkə iqtisadiyyatı 2,7%, o cümlədən qeyri-neft sektoru 5,3% artım nümayiş etdirib.

Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6% təşkil edəcəyini proqnozlaşdırır. ///report


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin