Yaqub Zurufçunun vəziyyəti ağırdır - Klinikadan AÇIQLAMA

13:41 - 10 Sentyabr 2021

Yaqub Zurufçunun vəziyyəti ağırdır - Klinikadan AÇIQLAMA

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Manset.az-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin