Deputatla bağlı Baş Prokuror və DTX rəisinə müraciət edildi - ŞOK Oğurluq iddiası (FOTO)

12:48 - 10 Sentyabr 2021

Deputatla bağlı Baş Prokuror və DTX rəisinə müraciət edildi - ŞOK Oğurluq iddiası (FOTO)

Milli Məclisin deputatı Rəfael Hüseynovla bağlı Respublika Prokuroru Kamran Əlivevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edilib. 

Manset.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında yazıçı-publisist Elnur Baxış deyib. Yazıçı deputatı dələduzluqda ittiham edir:

"6 il bundan öncə Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor Yasin Qarayev haqqında kitab hazırladıq. Kitabda müxtəlif sənət adamları, şairlər, yazıçılar və başqalarının Yasin Qarayev haqqında fikirlərini soruşduq, hər kəs aktyorla bağlı xatirələrini bölüşdü. Həmin vaxt Yasin müəllimin 70 illik yubileyinə həsr olunan tədbir keçirildi. O tədbirdə Milli Məclisin deputatı Rəfael Hüseynov eşidib ki, Yasin Qarayev haqqında kitab yazılıb, Yasin Qarayevə həmin kitaba ön söz yazmaq istədiyini deyib. Yasin müəllim də onu mənə dedi. Bundan başqa, onu da dedi ki, Rəfael Hüseynov kitabın çapına da kömək edəcək. Biz kitabı aparıb ona təqdim elədik, özümüzdə bir nüxsə saxlamadıq. Mən bilmirəm bu ədəbiyyat, yoxsa mədəniyyət oğrusudur? Yasin Qarayevin indi 76 yaşı var, amma hələ də kitab çap olunmayıb. Hər dəfə gedəndə, yaxud da zəng edəndə köməkçiləri müxtəlif bəhanələr gətirirlər, özü də gah telefonu götürmür, gah da bizdən qaçır. Kitabdan bir nüxsə olsun belə bizdə yoxdur, qalmışıq belə. Nə bilək ki, deputat belə hərəkət edəcək. Maraqlıdır ki, son vaxtlar adamları Azərbaycanda tanınmış şəxslər aldadır, deputatdır deyə kimisə aldatmalı deyil ki. İstəyir ki, hər şey onun adı ilə bağlı olsun. Hər sey onun adı ilə bağlı ola bilməz”.Əli hər yerdən üzülən Elnur Baxış Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətindən yardım istəyir:

"Əlacım hər yerdən kəsilib. Kamran Əliyev və Əli Nağıyev cənablarına müraciət edirəm. Mən mədəniyyətə və ədəbiyyata xidmət edən adamam. Deputat olanda nə olar ki... Çox maraqlıdır, sabiq deputat Eldəniz Səlimovu polisi döydüyünə görə həbs etdilər, mandatını da əlindən aldılar. Amma Rəfael Hüseynovun bu hərəkətlərinə görə ona söz deyən yoxdur. Heç elə bil, belə hərəkət etməyib, başqasının yazdığı kitabı oğurlamayıb. Onun kimi mən də bu dövlətin övladıyam. Mən də dövlətə qələmimlə xidmət edirəm. Aidiyyatı orqanlardan xahiş edirəm, mənim Yasin Qarayev haqqında yazdığım kitabın əlyazmasını Rəfael Hüseynovdan alsınlar. Hər bir kitab yazarın övladıdır. Onun bu hərəkəti dələduzluqdur”.



Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin