Bakı metrosunda qatarların hərəkətində ləngimə oldu

09:58 - 10 Sentyabr 2021

Bakı metrosunda qatarların hərəkətində ləngimə oldu

Bu gün “Bakı Metropoliteni” QSC-nin qatarlarından biri “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.

Manset.az-ın məlumatına görə, buna görə də “Ulduz” stansiyasında sərnişinlər düşürülüb.

Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.

Metronun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar qrafik üzrə normal hərəkət edir.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin