Bu universitetdə əmək haqları ARTIRILDI
21 Noyabr 2024
13:08 - 19 İyun 2021
İtaliyanın "Yuventus" klubunun və Niderland yığmasının futbolçusu Matteys de Liqt Avstriyaya 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin II tur matçından sonra müsahibə zamanı səhvə yol verib.
Manşet.az xəbər verir ki, 22 yaşlı müdafiəçi hazırkı və keçmiş komandalarını qarışdırıb.
"Avstriya ilə görüşdə uzun ötürmələrlə daha çox oynamalı olurduq. "Ayaks"ın oyunçusu kimi buna adət etməmişdim", - deyə o bildirib.
Bu zaman jurnalist "Axı siz "Yuventus"da çıxış edirsiniz" söyləyib. De Liqts isə sözlərinə belə düzəliş edib: "Bəli, əlbəttə. Mən belə açıqlama verərkən, özümü "Ayaks"ın keçmiş oyunçusu kimi nəzərdə tuturdum".
Qeyd edək ki, Matteys de Liqt "Ayaks"dan "Yuventus"a 2019-cu ildə 85,5 milyon avroya keçib. Ötən mövsüm istedadlı müdafiəçi A Seriyasında 27 oyuna 1 qol, 1 məhsuldar ötürmə və 4 sarı vərəqə ilə yadda qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin