Hansı xəstəlik ömrümüzün “əzrayıl”ına çevrilib? – VİDEO

00:01 - 10 Sentyabr 2021

Hansı xəstəlik ömrümüzün “əzrayıl”ına çevrilib? – VİDEO

Ötən ilin birinci yarısında elan olunmuş pandemiyanın ölüm göstəricilərinə görə dünyada hər bir milyon nəfərə 591, Azərbaycanda da təqribən bir o qədər - 582 ölüm faktı düşür.

Koronavirus bəlası son iki ilin ən çox adı hallanan xəstəliyi olsa da, Azərbaycanda ən çox ölümə səbəb olan xəstəliyin infeksiya ilə heç bir əlaqəsi yoxdur.

Bəs hansı xəstəlikdir daha çox ölümə səbəb olan?

2020-ci ildə ölkəmizdə əvvəlki illə müqayisədə 20 min daha çox insan dünyasını dəyişib. Dövlət Statistika Komitəsindən bildirilir ki, rekord artıma və rekord saya səbəb olan hadisələrdən biri ötən il ölkəmizdə də qeydə alınan koronavirus infeksiyasıdır.

Ölkəmizdə 2020-ci ilin hər günündə orta hesabla 207 insan ölüb. Ölüm hallarının 31 mindən çoxu ilin birinci yarısında olub. Koronavirusun vüsət aldığı və müharibənin də yaşandığı ikinci yarısında isə təqribən 44 min insan dünyasını dəyişib. Təəssüf ki, ölüm statistikasındakı artım bu ilin ilk 6 ayında da qeydə alınıb. Bu ilin ilk 6 ayında 37 mindən çox insan ölüb ki, bu da ötən ilin analoji dövründən təqribən 6 min fakt çoxdur. Bəs insanlar daha çox hansı xəstəliyə can verir, ölüm hallarını artıran əsas xəstəlik hansıdır?

2020-ci ildə qan xəstəliklərindən 41 mindən çox insan dünyasını dəyişib ki, bu da 2019-cu illə müqayisədə 9 min ölüm faktı çoxdur. Rəqəmlər onu göstərir ki, həmişə həm Azərbaycanda, həm də dünyada insan öldürən əsas xəstəlik sayılan qan dövranı xəstəliyi 2020-ci ildə daha da kəskinləşib.

(Xezerxeber.com)

 


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin