Bakının bu yardımı bizim üçün çox əhəmiyyətlidir

21:31 - 9 İyun 2023

Bakının bu yardımı bizim üçün çox əhəmiyyətlidir

Dost Azərbaycan xalqına çox minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi və köməyi növbəti dəfə hiss edirik. Bu gün bu yardım Azərbaycanın paytaxtı Bakıdan Ukraynaya, oradan da fəlakət zonasına çatdırılacaq. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin nə dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bu, Ukrayna və Azərbaycan xalqlarının səmimi dostluğudur. Azərbaycana eşq olsun! Ukraynaya eşq olsun!

 

Manset.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyunun 9-da Bakıdan Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyasının göndərilməsi mərasimində deyib.

Texnogen fəlakətin miqyasından danışan ukraynalı diplomat xeyli yaşayış məntəqəsinin su altında qaldığını bildirib.

“Bu, təqribən 60 min kvadratkilometr sahədə yerləşən yüzə yaxın qəsəbə və kənddir. Baş verən vəziyyət nəticəsində suvarma sistemi dağıdılıb və bu, təxminən yarım milyon kvadratkilometr ərazidə quraqlığa, ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda Ukraynanın nəzarəti altında olan ərazilərdə xilasetmə işləri həyata keçirilir. Bu işlərə həm yerli sakinlər, eləcə də hərbçilər cəlb olunub”, - deyə Vladislav Kanevski bildirib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin