Yol polisləri ilə ÖZƏL GÜN - FOTOLAR

21:09 - 9 İyun 2023

Yol polisləri ilə ÖZƏL GÜN - FOTOLAR

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYP) əməkdaşları yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə rayon ərazisində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbində maarifləndirmə tədbiri keçiriblər.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər.

Yol Patrul Xidməti əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsindən ibarətdir.

Yol hərəkəti qaydaları ilə bağlı uşaqlara suallar verilib və onların DYP əməkdaşlarına sualları cavablandırılıb.

Məktəb rəhbərliyi bu cür maarifləndirici tədbirləri yüksək qiymətləndirib.



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin