<

Koronavirus statistikası - Ölən yoxdur

20:46 - 9 İyun 2023

Koronavirus statistikası - Ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 472, hazırkı dövrədək isə 7 630 048 test aparılıb.



Xəbər xətti

28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin