Sabirabadda ağır qəza - Yaralılar var

20:11 - 9 İyun 2023

Sabirabadda ağır qəza - Yaralılar var

Sabirabadda yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb. "Mercedes sprinter" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Digər 2 nəfərə ambulator yardım edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin