Putinin "nüvə silahı" və "Ukraynadan əks hücum" bəyanatı - VİDEO

19:14 - 9 İyun 2023

Putinin

“Biz hazırlıqlarımızı iyulun 7-8-də başa çatdıracağıq və Belarusa taktiki nüvə silahı yerləşdirməyə başlayacağıq”.

 

Manset.az " Haber Global"-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonu Soçidəki “Boçarov Ruçey” yay iqamətgahında qəbul edib.

Təkbətək görüşün gündəliyi Rusiyanın Belarusa göndərəcəyi taktiki nüvə silahları olub. Nüvə silahlarının yerləşdirilməsi ilə bağlı hazırlıqların iyulun əvvəlində tamamlanacağını ifadə edən Rusiya lideri Putin, "Razılaşdığımız məsələlər planlaşdırıldığı kimi irəliləyir.”

Belarus prezidenti Lukaşenko da hər şeyin plan üzrə getdiyini və Rusiya ilə Belarusun ümumi maraqlarının olduğunu bildirib.

Agentliklərə verdiyi digər açıqlamada Putin, "Ukraynanın hücumu başlayıb. Əminliklə demək olar ki, Ukraynanın hücumu başlayıb. Kiyevin bütün əks-hücum cəhdləri uğursuzluqla nəticələnsə də, Ukrayna Silahlı Qüvvələrinin yeni hücum potensialı var. Qüvvələr hələ də qorunur” deyib .

Jalə

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin