Tunisdə son 24 saatda 792 miqrant xilas edilib, 1 nəfər ölüb.
Bu barədə Manset.az "Hürriyet"-e istinadən xəbər verir.
Qayıqlardan birinin pis hava şəraiti səbəbindən batdığı, 1 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.
Aralıq dənizi üzərindən İtaliyaya çatmaq üçün Safakes şəhərindən yola düşən Miqrant qayıqlarına Tunis sahil mühafizə qrupları müdaxilə edib.
Tunis Milli Qvardiyasının verdiyi açıqlamada 2023-cü ilin ilk 3 ayında 14 min 406 nizamsız miqrantın qayıqlarla xilas edildiyi bildirilib.
Jalə
Manşet.az