Nabi Keytanın yeni klubu bəlli oldu

18:01 - 9 İyun 2023

Nabi Keytanın yeni klubu bəlli oldu

Qvineya millisinin futbolçusu Nabi Keytanın yeni klubu bəlli olub.

 

Manset.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, “Liverpul”dan ayrılan yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

Keyta “Verder”ə keçib. O, Almaniya klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Keyta Çempionlar Liqası, klublararası dünya çempionatı, İngiltərə çempionatı və kubokunun qalibi olub. O, “Liverpul”dakı son 5 ildə 129 oyun keçirib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin