Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
16:23 - 9 İyun 2023
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsi təmir olunur.
Manset.az xəbər verir ki, uzunluğu 400, ortalama eni 9 metr təşkil edən küçədə təmir işləri çərçivəsində hazırda yarasız səki və bordür daşlarının sökülməsi işləri aparılır.
Ardıcıllığa uyğun olaraq daha sonra köhnə asfalt-beton örtüyünün frezlənməsi, 700 kv.metr p/metr səki, 720 p/metr bordür daşlarının yenilənməsi işləri icra olunacaq.
Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin