Rusiya Jitomiri atəşə tutdu - Ölən və yaralananlar var

14:38 - 9 İyun 2023

Rusiya Jitomiri atəşə tutdu - Ölən və yaralananlar var

İyunun 9-na keçən gecə Rusiyanın hücumları nəticəsində Ukraynanın Jitomir vilayətinin Zvyangelski icmasının yaşayış sahəsi vurulub.  

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Zvyangelski şəhər şurası məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

İlkin məlumata görə, 6 fərdi ev dağılıb, onlarla evə ziyan dəyib.

Jitomir Regional Dövlət Administrasiyasının rəhbəri Vitali Buneçkonun sözlərinə görə, bu gecə bölgədə hava hücumundan müdafiə qüvvələri tərəfindən bir raket vurulub.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin