Daşkəsəndə ictimai müzakirə təşkil olundu - FOTOLAR

14:30 - 9 İyun 2023

Daşkəsəndə ictimai müzakirə təşkil olundu - FOTOLAR

 İyunun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədovun sədrliyi ilə keçirilmiş müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı Mikayıl Cabbarov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, rayonun icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların işçiləri, habelə ictimaiyyət təmsilçiləri iştirak ediblər.

 

Manset.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən RİH başçısının müavini Vüqar Məmmədov Prezident cənab İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə bağlı Daşkəsən rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı Mikayıl Cabbarov və digərləri mövzu ilə bağlı çıxışlar edərək bildiriblər ki, bütün sahələrdə sudan qənaətlə istifadə olunmalı və bu sahədə maarifləndirmə işləri mütəmadi aparılmalıdır.

Sonra Daşkəsən rayonunda su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin