Çinin Tianjin şəhərində bir ərazidən keçən yolda yaranan çatlar səbəbindən 3899 nəfər evlərindən təxliyə edilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, "qəfil geoloji fəlakət" olaraq xarakterizə edilən çatların 1300 metrdən çox dərinlikdəki yeraltı boşluqlardan yarana biləcəyi ehtimal olunub.
Bildirilib ki, hər biri 25 mərtəbəli olan ən azı 3 binada yaşayan 3899 nəfər yaranmış uçuruma görə evlərindən çıxarılaraq yaxınlıqdakı otellərə yerləşdirilib.