“Barselona” “Mançester Siti”nin kapitanını alır

13:56 - 9 İyun 2023

“Barselona” “Mançester Siti”nin kapitanını alır

“Barselona” klubu “Mançester Siti” ilə müqaviləsi başa çatan İlkay Gündoğanın transferini bitirmək üzrədir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Barsa" transferi Çempionlar Liqasının İstanbul finalından sonra açıqlamağı planlaşdırır. 

Məlumata görə, “Barselona” 32 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən İ.Gündoğan ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin