Bu müəllimlərə təkrar sertifikatlaşdırmada iştirak hüququ verilir

12:37 - 9 İyun 2023

Bu müəllimlərə təkrar sertifikatlaşdırmada iştirak hüququ verilir

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Müzakirələrdən sonra dəyişikliklər üçüncü oxunuşda qəbul edilib.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin