Ərdoğan Azərbaycana bu tarixdə gələcək

12:16 - 9 İyun 2023

Ərdoğan Azərbaycana bu tarixdə gələcək

Növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi bəlli olub.

 

Manset.az xəbər verir ki, bununla əlaqədar Türkiyə mətbuatı xəbər dərc edib.

Belə ki, R.T.Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Respublikasına, bir gün sonra, iyunun 13-də isə Azərbaycana səfər edəcək.

“İyunun 13-də Rəcəb Tayyib Ərdoğanın dayanacağı qardaş ölkə Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək”, - qəzet yazır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin