<

Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - ANBAAN VİDEO

12:07 - 9 İyun 2023

Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - ANBAAN VİDEO

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Qəzanın baş vermə anını əks etdirən görüntüləri təqdim edirik:

BAKU.WS

VİDEO


Xəbər xətti

28 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin