Acun Avropada daha bir futbol klubu aldı

11:50 - 9 İyun 2023

Acun Avropada daha bir futbol klubu aldı

İş adamı Acun Ilıcalı İrlandiya Premyer Liqa komandalarından olan Shelbourne FC-nin səhmlərinin 80%-ni aldığını açıqlayıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Ilıcalı məqsədinin Shelbourne FC ilə birlikdə avrokuboklarda iştirak edərək, əhəmiyyətli uğurlar əldə etmək olduğunu açıqlayıb.

1895-ci ildə qurulan Shelbourne  FC 13 dəfə İrlandiya çempionu olub və 7 dəfə İngiltərə kubokunu qazanıb.

Qeyd edək ki, iş adamı 2022-ci ildə İngiltərənin “Hall Siti” klubunu da satın almışdı.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin