Belçikada avtomobildə qalan 6 aylıq körpə ölüb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Saint-Joseph de Gilly xəstəxanasında işləyən ana körpəsini avtomobildə unudub.
Hadisə yerinə polis və ilk yardım qrupları gəlsə də, səhər saatlarından avtomobildə günəş altında qıfıllı qalan körpənin öldüyü müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.