Unun qiymətində DƏYİŞİKLİK: Çörəyin qiyməti necə olacaq?

10:41 - 9 İyun 2023

Unun qiymətində DƏYİŞİKLİK: Çörəyin qiyməti necə olacaq?

Dünəndən etibarən Azərbaycanda unun qiymətinin ucuzlaşdığı bildirilir. "Karat Holdinq" MMC-dən mətbuata verilən məlumat görə, hazırda 50 kiloluq un kisəsi 32 manat 70 qəpiyə satılır.

Şirkət əməkdaşı 50 kiloluq unun bir ay öncə 34 manat 10 qəpik və 33 manat 60 qəpik arasında satıldığını bildirib.

"Mehriban” istehsalı olan 50 kiloluq un kisələrinin qiymətinin isə 40 manatdan 32 manata düşdüyü vurğulanıb.

Mövcud vəziyyətdə çörək də ucuzlaşa bilərmi?

Manset.az xəbər verir ki, İqtisad Universitetinin dosenti Qadir Bayramlı Bizim.Media-ya açıqlamasında bildirib ki, unun qiymətinin düşməsi fonunda ölkəmizdə çörəyin də qiymətinin ucuzlaşması üçün real şərait var:


“Sadəcə onu istehlakçıların lehinə gerçəkləşdirmək lazımdır. Bu da yetkili qurumların iradəsindən asılı olan məsələdir. Qənaətimə görə, buğda və unun qiymətində azalma varsa, bu mütləq şəkildə çörəyin qiymətində də əks olunmalıdır. Yetkili qurumların buna getməsi lazımdır. İnsanların ən çox istehlak etdiyi məhsul çörəkdir. 

Artıq bir aya şərq bölgələrimizdə buğda biçininə başlanılacaq və iyula doğru tamamlanacaq. Belədə, əlavə yerli buğda da olacaq.

Çörək və unun qiymətinə xeyli dərəcədə təsir edəcək faktorlardan biri bölgələrdə yerli dəyirman şəbəkələrinin genişləndirilməsidir. Rayonların əksəriyyətində vaxtilə mövcud olan dəyirman şəbəkələri ləğv olunub. 
Xaricdən gətirilən una alternativ yerli məhsul ortaya qoya bilsək çərəyin qiymətində də xeyli ucuzlaşma baş verə bilər. Amma təəssüf ki, bölgələrimizin əksəriyyətində əvvəlki dəyirmanlar yoxdur. Bu dəyirman şəbəkəsinin genişləndirilməsi vacibdir”. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin