“Mançester Siti” “Çelsi”nin ulduzunun razılığını aldı

10:16 - 9 İyun 2023

“Mançester Siti” “Çelsi”nin ulduzunun razılığını aldı

“Çelsi”nin futbolçusu Mateo Kovaçiç İngiltərədə klubunu dəyişə bilər.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Mançester Siti” onun xidmətində maraqlıdır. Hətta tərəflər müqaviləni razılaşdırıblar.

“Şəhərlilər” keçid üçün “Çelsi”ni razı salmalıdırlar. London klubunun satışa qarşı olmadığı bildirilir.

Qeyd edək ki, 2019-cu ildən “Çelsi”də çıxış edən xorvatiyalı yarımmüdafiəçi keçən mövsüm İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”a görə, 29 yaşlı xorvatın dəyəri 40 milyon avrodur.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin