Faktiki hava AÇIQLANDI

10:10 - 9 İyun 2023

Faktiki hava AÇIQLANDI

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a bildirilib ki, iyunun 9-u saat 9:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Duman: Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin