Binə sakinlərinə şad xəbər: Qəsəbədaxili marşrut xətti bərpa edilir

21:58 - 9 Sentyabr 2021

Binə sakinlərinə şad xəbər: Qəsəbədaxili marşrut xətti bərpa edilir

Bakının Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Manşet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, qəsəbənin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sabahdan sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada "BakıKart” vasitəsilə aparılacaq.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin