Çimərlikdə köpəkbalığı turistə hücum etdi - VİDEO

09:13 - 9 İyun 2023

Çimərlikdə köpəkbalığı turistə hücum etdi - VİDEO

Misirin Hurqada şəhərində çimərlik yaxınlığında köpəkbalığı turistə hücum edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, onun sevgilisi yırtıcıdan xilas ola bilib.

Əldə edilən məlumata görə, hadisə sahildən təxminən 30 metr aralıda digər istirahət edənlərin gözü qarşısında baş verib.

Hadisə şahidləri dəhşət yaşayıblar, turistlərin heç biri suya buraxılmır. Qonşu otellərin çimərliklərində də oxşar vəziyyət olduğu bildirilir.

Məlumata görə, son bir neçə gün ərzində bir çoxları köpəkbalığının üzgəcini görsələr də, istirahət edənlər və xilasedicilər onun delfin olduğunu zənn ediblər.

İnsidetdən qısa müddət sonra qatil köpəkbalığının tutularaq zərərsizləşdirildiyi qeyd olunur.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin