"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
22:04 - 8 İyun 2023
"Sosial şəbəkədə yazırlar ki, pulu sələmə verir. Buradan deyirəm ki, sələmə pul verirəmsə, Allah məni öldürsün, evimi yıxsın. Mən insanlara əl tutmuşam. Bunu deyənlərə lənət olsun".
Manset.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı" verilişində deyib. Bir neçə gün əvvəl dostlarının ona 120 min manatdan çox borcunun olduğunu açıqlayan sənətçi çağırışdan sonra məbləğin bir qismini geri aldığını bildirib:
"Uşaq olanda anam həmişə deyirdi ki, çalış yaxşılıq elə. Elə bilirdim ki, anamın sözüdür. Sən dəmə, atalar sözü imiş... Verilişdə deyəndən sonra yavaş-yavaş borcumu qaytarmağa başlayıblar, sağ olsunlar. Yenə də deyirəm, kim verməsə, adını efirdə çəkəcəyəm".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin