Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
20:58 - 9 Sentyabr 2021
"COVİD-19 virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçunun müalicəsinin gedişi Heydər Əliyev Fondunun, şəxsən hörmətli Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir".
Manşet.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva özünün feysbuk hesabında yazıb.
O bildirib ki, Prezident köməkçisi Anar Ələkbərov da Yaqub müəllimin ailəsi ilə danışıb və müalicənin Mehriban Əliyevanın nəzarətində olduğunu bildirib:
"Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah, həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun".
Qeyd edək ki, Y.Zurufçu "Yeni Klinika"ya yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin