Gəncədə 21 yaşlı oğlan intihar edib.
Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində yerləşən binaların birində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Seymur Mahmudov qaz borusundan özünü asaraq intihar edib.
İntiharın səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.