Papa Fransisk əməliyyat olunacaq

23:19 - 7 İyun 2023

Papa Fransisk əməliyyat olunacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhətində problem yaranıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirilib ki, Papa Fransiskin  iyunun 7-də günortadan sonra İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasında laparotomiya və qarın divarının protezlə plastik əməliyyat olunacaq. Papa Fransisk əməliyyatdan sonra daha bir neçə gün tibb müəssisəsində qalaraq müalicəsini davam etdirəcək.

Xatırladaq ki, Papa Fransisk klinik testlər üçün iyunun 6-da Gemelli xəstəxanasında müayinələrdən keçib.

Qeyd edək ki, Papa Fransisk artıq üçüncü dəfədir xəstəxanaya yerləşdirilib. O, 2021-ci il iyulun 4-də eyni xəstəxanada yoğun bağırsaq əməliyyatı keçirib və 10 gün həkim müşayiətində qalıb. Sonuncu dəfə isə martın 29-da tənəffüsdə yaranan problemə görə  xəstəxanaya yerləşdirilib və aprelin 1-də evə buraxılıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin