Goranboyda qəza: Xəsarət alanlar var

23:03 - 07 İyun 2023

Goranboyda qəza: Xəsarət alanlar var

Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində minik avtomobili maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki,  "Lifan" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində 1997-ci il təvəllüdlü Eltun Məmmədov və daha 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az