"WhatsApp"dan növbəti YENİLİK - Bundan sonra fotoşəkillərin ölçüsü...

21:45 - 7 İyun 2023

"WhatsApp" HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, yeni funksiya təsviri göndərməzdən əvvəl onun həllini seçməyə imkan verir.

İki seçim var: Standart keyfiyyət (1600 x 1052 piksel) və HD keyfiyyət (4096 x 2692 piksel).

Yeni funksiya hazırda "Android" və "iOS" üçün "WhatsApp"ın beta versiyalarında müvafiq olaraq 2.23.12.13 və 23.11.0.76 mövcuddur. Yüksək keyfiyyətli təsvirin göndərilməsi funksiyasının geniş ictimaiyyətə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin