Mayk Pens ABŞ prezidenti olmaq istəyir

20:50 - 7 İyun 2023

Mayk Pens ABŞ prezidenti olmaq istəyir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vitse-prezidenti olan Mayk Pens 2024-cü il seçkiləri üçün rəsmən işə başlayıb.

 

 Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Respublikaçılar Partiyası adından prezidentlik yarışına qatıldığını açıqlayan Mayk Pens paylaşdığı tanıtım videosunda kampaniya işlərini rəsmən açıqlayıb.

"Fərqli zamanlar fərqli liderlik tələb edir" deyən Pens öz çıxışında Trampa anonim şəkildə rəqib olacağını bildirib.

ABŞ mediası Pensin seçki proqramının ilk mərhələsində Yevangelist xristianların güclü olduğu Ayova ştatına səfər edəcəyi və Trampın ən güclü rəqiblərindən biri olacağı ilə bağlı şərhlərə yer verib.

Qeyd edək ki, Pens 2021-ci il yanvarın 6-da Konqres basqını ilə Trampla yollarını ayırıb.

2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasından Tramp və Pensdən başqa, keçmiş Nyu-Cersi qubernatoru Kris Kristi, Florida ştatının qubernatoru Ron DeSantis, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson və Cənubi Karolina senatoru Tim Skott da seçkilərə başlayıb. 

Jalə

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin