PSJ-dən ayrılan və Barselonaya dönəcəyi deyilən Lionel Messi-dən sürpriz transfer olub.
Bu barədə Münset.az Türkiyə mediasına istinadən xəbər verir.
Argentinalı superulduz ABŞ-ın "İnter Mayami" komandasına keçib.
İnter Mayami, Davide Beckham sahiblərindən biri olduqdan sonra rəsmi olaraq elan ediləcək. Lionel Messi gələn mövsüm MLS-də çıxış edəcək.
Qeyd edək ki, 2021-ci ilin yayında "Barselona"dan göz yaşları içində ayrılan və PSJ-yə imza atan Lionel Messinin Fransa karyerası uğursuz başa çatıb.
Klermont matçında sonuncu dəfə PSJ-nin formasını geyinən 35 yaşlı argentinalı superulduz oyunu tərk edərkən fit çalıb.
Jalə
Manşet.az