Air India Rusiyaya təyyarə göndərir - SƏBƏB

20:21 - 7 İyun 2023

Air India  Rusiyaya təyyarə göndərir - SƏBƏB

Hindistanın hava yolu şirkəti Air India, paytaxt Yeni Dehlidən ABŞ-a havalanan, lakin mühərrikində nasazlıq üzündən Rusiyaya məcburi eniş edən təyyarədəki sərnişinlərin səyahətini tamamlamaq üçün yeni təyyarə göndərib.

 

Manset.az "TRT Haber"-ə istinadən xəbər verir ki, Air India-dan verilən açıqlamaya görə, təyyarədəki 216 sərnişin və 16 ekipaj üzvü üçün yeni bir təyyarə havaya qalxıb.

Göndərilən təyyarənin səhər saatlarında Rusiyanın Maqadan hava limanına enməsi gözlənilir.

Təyyarə sərnişinləri və ekipajı San-Fransiskoya daşıyacaq.

Qeyd edək ki, Yeni Dehli-San-Fransisko reysini həyata keçirən Air India aviaşirkətinə məxsus təyyarə mühərrikində nasazlıq yarandığı üçün Rusiyanın Maqadan hava limanına məcburi eniş edib.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin