Azərbaycanla Qambiya arasında viza aradan qaldırıldı - FOTO
5 May 2024
19:06 - 7 İyun 2023
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı mövqeyini müəyyənləşdirməyə çağırıb.
Manset.az “Report”a istinadən xəbər verir ki, bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”.
Digər xəbərlər
Ən son xəbərləri səhifəmizdən də izləyin