Zelenskidən sonra Putinlə də telefonla DANIŞDI

18:00 - 7 İyun 2023

Zelenskidən sonra Putinlə də telefonla DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib. 

Ərdoğan bir daha Kaxovka SES-də baş verən partlayışla bağlı ətraflı araşdırma aparmaq üçün münaqişə tərəflərinin mütəxəssislərinin, BMT və Türkiyə daxil olmaqla beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini xatırladıb. 

O bu xüsusda Türkiyənin öz üzərinə düşəni etməyə hazır olduğunu vurğulayıb. 

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. 

Xatırladaq ki, Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında da bu gün telefon danışığı baş tutub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin