"Qalatasaray" Okan Burukla müqaviləni uzatdı

16:55 - 7 İyun 2023

Türkiyənin son çempionu "Qalatasaray" baş məşqçisi Okan Burukla müqavilənin müddətini uzadıb.

Manset.az  yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 50 yaşlı mütəxəssisin sözləşməsinin uzadılma bəndini aktivləşdirib.

Klub ötən ilin yayında Burukla 1+1 illik müqavilə imzalamışdı. Bu isə o deməkdir ki, təcrübəli çalışdırıcı 2023/2024 mövsümündə də komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Okan Burukun rəhbərliyi altında Türkiyə Super Liqasının qalibi olub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin