Ərdoğan Zelenskiyə zəng etdi: Görün nə təklif etdi

16:33 - 7 İyun 2023

Ərdoğan Zelenskiyə zəng etdi: Görün nə təklif etdi

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukraynalı həmkarı Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

 

Prezident Ərdoğan Kahovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradılmasını təklif edib. 

Prezident eyni zamanda Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını və ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib.

Manset.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin