Ağacdakı quşu vurmaq istədi- Qatil oldu

15:48 - 7 İyun 2023

Ağacdakı quşu vurmaq istədi- Qatil oldu

Türkiyədə tüfəngli şəxs ağacdakı quşu ovlamaq istəyərkən qonşusunu vurub.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, üzüm bağını dərmanlayarkən başından zərbə alan Mehmet Menemen həyatını itirib. 

Hadisə səhər saatlarında Özpınar Məhəlləsində meydana gəlib.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları gəlib. 

Nəzarətə alınan A.Ö. ilə Mehmet Menemen arasında məlum düşmənçiliyin olmadığı bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara davam edir.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin