"WhatsApp"da möhtəşəm yenilik: Bundan sonra... - FOTO

15:43 - 7 İyun 2023

"WhatsApp" messencerində fotoları keyfiyyətli göndərmək mümkün olacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "WABetainfo" xəbər yayıb.

"WhatsApp"da göndərdiyiniz şəklin keyfiyyəti çox vaxt sıxılır. Bu səbəbdən göndərdiyiniz fotoşəkillər orijinal keyfiyyətdə qarşı tərəfə çatmır. 

Proqram faylların daha sürətli ötürülməsi üçün defolt olaraq təsvirin keyfiyyətini təxminən 70 faiz azaldır.

"WhatsApp"da şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni HD seçimi görünəcək.

Seçim yalnız böyük ölçülü fotoşəkil seçdiyiniz zaman görünür.

İstifadəçilər şəklin standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini özləri seçəcəklər.

HD keyfiyyətində göndərilən fotoşəkillərin söhbət ekranında HD keyfiyyətində olduğunu göstərən etiket olacaq.

"iOS 23.11.0.76" və "Android 2.23.12.13" üçün "WhatsApp"ın ən son beta versiyasını quraşdırdıqdan sonra bəzi istifadəçilər sözügedən funksiyanı istifadə edə bilərlər.

Yeni funksiyanın yaxın həftələrdə daha çox istifadəçi üçün əlçatan olacağı gözlənilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin