Bəzi müəssisələr dəyişkən iş qrafikinə keçəcək
30 Yanvar 2025
20:11 - 9 Sentyabr 2021
Xankəndidə separatçı-terrorçu rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyan hazırkı vəziyyətlə bağlı etiraflar edib.
Manşet.az xəbər verir ki, Stepanyan insanların əksəriyyətinin mənzil problemi olduğunu, lakin bu problemin müharibədən əvvəl də Xankəndidə mövcud olduğunu deyib.
O qeyd edib ki, müharibədən sonra vəziyyət daha da kəskinləşib: "İnsanların əksəriyyətinin mənzili yoxdur. Bir çoxu zirzəmilərdə qalır, hətta sanitar qovşaqdan belə məhrumdurlar. Mobil əlaqə, internet bağlantısında məhdudiyyətlər var, bəzi ərazilərdə isə ümumiyyətlə əlçatmazdır. Su problemi isə daha da kəskin hal alıb".
“Ombudsman” müharibədən sonra iş və gəlir yerlərinin kütləvi şəkildə azaldığını da etiraf edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin