Dünyada narahatlıq yaradan meymunçiçəyi virusu Çinin paytaxtı Pekində yenidən yayılıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu xəstəliyə yoluxmuş 2 nəfər xəstəxanada karantinaya alınıb.
Müalicə olunan xəstələrin vəziyyətinin stabil olduğu bildirilib.
Qeyd edək ki, Mərkəzi və Qərbi Afrika ölkələrində rast gəlinən meymunçiçəyi virusu indiyədək 111 ölkədə aşkarlanıb.
Çiçək xəstəliyinə bənzəyən meymunçiçəyi virusu ilə qarşılaşan xəstələrdə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, üşümə və üşümə, dəri döküntüsü kimi əlamətlər görülür.
Manşet.az